Maskdan 2024-cü illə bağlı bədbin proqnoz

Maskdan 2024-cü illə bağlı bədbin proqnoz
  02 Yanvar 2024    Oxunub:1003
Amerikalı multimilyarder İlon Mask cari ilin əvvəlkilərdən daha pis olacağını söyləyib.
Bu barədə Mask sahib olduğu X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mask, sosial şəbəkə istifadəçisinin “dörd illik dəlilikdən” sonra hansı ili səbirsizliklə gözləyə biləcəyimizlə bağlı sualına belə cavab verib: “Mənim proqnozum: 2024-cü il daha dəlisov olacaq”.

“Bloomberg”in məlumatına görə, Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb və dünyanın ən zəngin 500 adamı siyahısına başçılıq edir. Buna onun şirkətləri SpaceX və Tesla-nın uğurları kömək edib.
AzVision.az



Teqlər:





Xəbər lenti