Bu ölkə Yeni il tətilində turizmdən 1,6 milyard dollar qazanacaq
Taylandın Turizm İdarəsinin (TAT) rəhbəri Thapani Kiatphaibunun sözlərinə görə, dekabrın 22-dən yanvarın 1-dək xarici turistlərin xərcləmələri 41,7 milyard baht (1,2 milyard dollar) həcmində qiymətləndirilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur. 2023-cü ilin son həftəsində Taylanda səfər edən xarici səyahətçilərin sayı 1,1 milyon olub.
“Bu rəqəmə əsasən uçuşlarda yerlərin sayının noyabrda 3,3 milyondan dekabrda 3,7 milyona yüksəlməsi, viza güzəştləri və turizm bölgələrindəki əyləncə məkanlarının iş saatlarının uzadılması hesabına əldə edilib.
Eyni dövrdə daxili turizm sektoru 12,7 milyard baht (370 milyon dollar) gəlir əldə edib, 3,76 milyon insan isə ölkə daxilində səyahət edib”.
AzVision.az
Teqlər: