Rusiyada təyyarədən düşən sursat kənddə partlayıb

Rusiyada təyyarədən düşən sursat kənddə partlayıb
  02 Yanvar 2024    Oxunub:984
Rusiya Kosmik Qüvvələrinə məxsus təyyarənin Voronej vilayətinin Petropavlovka kəndi üzərində uçuşu zamanı aviasiya sursatı düşüb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi xəbər verib. Bildirilir ki, hadisə nəticəsində altı fərdi yaşayış binasına ziyan dəyib, ölən və yaralanan yoxdur.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, araşdırma başlanılıb.

Qeyd edilir ki, Petropavlovka kəndi Ukraynanın Xarkov vilayəti ilə sərhəddən təxminən 150 km aralıda yerləşir.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev sursatın buraxılması nəticəsində yeddi təsərrüfatda dağıntılar olduğunu, küçələrin birində dərin çuxur yarandığını bildirib.

Hazırda kənd sakinləri müvəqqəti məskunlaşma mərkəzlərinə yerləşdirilirlər.
AzVision.az



Teqlər:





Xəbər lenti