İsrail ordusu İordan çayının qərb sahilində də müqavimətlə üzləşib

İsrail ordusu İordan çayının qərb sahilində də müqavimətlə üzləşib
  02 Yanvar 2024    Oxunub:791
İordan çayının qərb sahilində yerləşən Kalkiliya şəhərində silahlı qruplaşma üzvləri İsrail ordusunun bölmələrinə atəş açıb.
Xarici KİV-in yaydığı məlumata görə, toqquşma nəticəsində bir israilli hərbçi yaralanıb.

Mənbə iddia edir ki, İordan çayının qərb sahilində İsrail hərbçilərinə hücum edən Fələstin Milli Azadlıq Hərəkatı (FƏTH) hərəkatının yarımhərbi qanadı olan “Əl-Əqsa Şəhidləri Briqadaları”nın yaraqlıları olublar.

Qeyd edək ki, İsrail ordusu Qəzza zolağında HƏMAS təşkilatına qarşı aktiv hərbi əməliyyatlar aparır. İordan çayının qərb sahilində isə əsas siyasi qüvvə FƏTH təşkilatıdır.
AzVision.az



Teqlər:





Xəbər lenti