"Almaniya kansleri postunu vaxtından əvvəl tərk edə bilər" – KİV

   "Almaniya kansleri postunu vaxtından əvvəl tərk edə bilər" –    KİV
  03 Yanvar 2024    Oxunub:1169
Almaniya kansleri Olaf Şolz inamını itirdiyinə görə vəzifəsini vaxtından əvvəl tərk edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Repubblica” qəzeti mənbələrə istinadən xəbər verir.

“2024-cü ildə kansler ölkəyə rəhbərlik etməyi dayandırmaq məcburiyyətində qala bilər. "Wirecard işi" və Jan Marsalek ilə münasibətlərin Sosial Demokratların liderinə son zərbəni vura biləcəyinə dair şayiələr var" nəşr yazır.

Nəşrin məlumatına görə, almanların dörddə üçü Şolz və onun partiyasının fəaliyyətindən narazıdır. Etibarsızlığın ən bariz amillərindən biri "Wirecard qalmaqalı" idi.

Qeyd edək ki, 2020-ci ilin iyun ayında, hazırkı kansler maliyyə naziri vəzifəsini icra edərkən, auditorlar 1,9 milyard avro çatışmazlığı qeydə aldıqdan sonra Wirecard fırıldaqçılıqda ittiham edilib. Lakin Şolts və onun nazirliyi korporasiyanı qəzəb və şübhəyə səbəb olan hücumlardan qorumağa çalışıb. "Wirecard"ın aparıcı menecerlərindən biri, avstriyalı Yan Marsalek də istintaqdan gizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti