Ermənistan KTMT təlimlərində iştirak məsələsinə aydınlıq gətirib

   Ermənistan KTMT təlimlərində iştirak məsələsinə aydınlıq gətirib
  03 Yanvar 2024    Oxunub:1116
Ermənistan Müdafiə Nazirliyi İrəvanın 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimlərində iştirakı məsələsini şərh edib.
AzVision.az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, 2024-cü ildə KTMT təlimlərinin Qazaxıstan və Qırğızıstanda keçiriləcəyi planlaşdırılır.

Nazirlik bildirib ki, KTMT-nin təlimlərində iştirak məsələsi təşkilatın hər bir üzvü tərəfindən birbaşa təlimlərin elan edilməsi mərhələsində həll olunur.

Xatırladaq ki, ötən ilin noyabrında Təşkilatın o zamankı Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bu il təlimlərin Qazaxıstan və Qırğızıstanda keçiriləcəyini açıqlamışdı.

Ermənistan ötən ilin 9-13 oktyabrında Qırğızıstanda keçirilən KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina edib. Ölkə rəhbərliyi də Təşkilatın iclaslarında iştirak etməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti