Türkiyədən Rusiyaya yumurta ixracına başlanılıb

Türkiyədən Rusiyaya yumurta ixracına başlanılıb
  03 Yanvar 2024    Oxunub:1063
Türkiyədən Rusiyaya 19,3 ton ağırlığında 316,8 min ədəd yumurta ixrac olunub.
AzVision.az xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Bildirilib ki, Türkiyədən yumurtanın ilk partiyası Rusiyaya idxal edilib.

Qeyd edək ki, Rusiyada toyuq yumurtası ilə bağlı problem yaşanır. Ölkədə ötən ilin sonundan yumurtanın qiyməti kəskin bahalaşıb. Belə ki, ərzaq mağazalarında yumurtanın 10 ədədinin qiyməti 120 rubldan yuxarı qiymətə satılır. Rusiya hökuməti problemi həll etmək üçün Türkiyə və Azərbaycandan yumurta idxal etməyə qərar verib. Artıq Azərbaycandan üç partiya yumurta idxal edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti