İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub

   İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub
  03 Yanvar 2024    Oxunub:1143
İranın cənub-şərqindəki Kirman vilayətində baş verən partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

“Kirmanda terror aktı qurbanlarına kömək üçün partlayış yerinə göndərilən 3 xilasedici ikinci partlayış zamanı həlak olub”, - məlumatda bildirilir.

Qeyd edək ki, İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində 103 nəfər ölüb, daha 141 insan yaralanıb.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

AzVision.az



Teqlər:





Xəbər lenti