Rusiya MN: Ukrayna 248 rusiyalı əsiri geri qaytarıb

      Rusiya MN:    Ukrayna 248 rusiyalı əsiri geri qaytarıb
  03 Yanvar 2024    Oxunub:1160
Yanvarın 3-də mürəkkəb danışıqlar prosesi nəticəsində 248 rusiyalı hərbçi Ukraynadan geri qaytarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri azad edilmiş hərbi qulluqçuları müalicə və reabilitasiya üçün Müdafiə Nazirliyinin tibb müəssisələrinə çatdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti