Yaponiyada zəlzələdə ölənlərin sayı 80-ə çatıb - YENİLƏNİB

Yaponiyada zəlzələdə ölənlərin sayı 80-ə çatıb -  YENİLƏNİB
  04 Yanvar 2024    Oxunub:1772
Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda dağıntılar altında qaldığı ehtimal edilən 80 nəfərin axtarışları davam edir.

Ümumilikdə təbii fəlakətdən 339 nəfərin xəsarət aldığı təxmin edilir.

***
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələdən sonra itkin düşmüş 50-yə yaxın şəxsin axtarışı davam etdirilir.

Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 1885-ci ildən bəri Noto bölgəsində baş verən ən güclü yeraltı təkan olduğunu bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti