Bəzi ölkə vətəndaşları Rusiya pasportunu sadələşdirilmiş qaydada alacaq

   Bəzi ölkə vətəndaşları Rusiya pasportunu sadələşdirilmiş qaydada alacaq
  04 Yanvar 2024    Oxunub:1143
Ukrayna, İraq, Suriya, Əfqanıstan və Yəmən vətəndaşları Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada ala biləcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Fərmana əsasən, qeyd olunan ölkələrin vətəndaşları rus dilini, Rusiyanın tarixini və qanunvericiliyinin əsaslarını bilmədən, habelə yaşayış yeri olmadan və azı beş il Rusiya ərazisində yaşamaq şərti olmadan Rusiya pasportu əldə edə biləcəklər.

Putinin fərmanına əsasən, Krımda və ya Sevastopolda doğulmuş və daimi yaşayan, 2014-cü il martın 18-dən əvvəl yarımadanı tərk etmiş və üçüncü dövlətin vətəndaşlığı olmayan Ukrayna vətəndaşları, RSFSR ərazisində doğulmuş və əvvəllər SSRİ vətəndaşlığına malik Əfqanıstan, İraq, Yəmən və Suriya vətəndaşları, özləri (və ya əcdadları) Krım Muxtar Sovet Sosialist Respublikasının ərazisindən qanunsuz deportasiya edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlığından asılı olmayaraq yuxarıda göstərilən bütün şəxslərin uşaqları (övladlığa götürülmüş uşaqlar da daxil olmaqla), valideynləri və həyat yoldaşları güzəştli şərtlərlə Rusiya vətəndaşlığını ala bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti