Hindistan XİN: "Ukraynaya artilleriya sursatları göndərməmişik"

   Hindistan XİN:    "Ukraynaya artilleriya sursatları göndərməmişik"
  04 Yanvar 2024    Oxunub:1325
Hindistan tərəfi Ukraynaya artilleriya sursatları göndərməyib.
AzVision.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval Yeni Dehlidə keçirdiyi brifinqdə Ukraynaya Hindistan mərmilərinin tədarükü ilə bağlı mediada yayılan məlumatlarla bağlı sualı cavablandırarkən deyib.

“Biz qəti şəkildə deyə bilərik ki, Ukraynaya heç bir artilleriya sursat göndərməmişik, ixrac etməmişik".

Qeyd edək ki, bəzi Rusiya və Ukrayna KİV-ləri Kiyev ordusunun Hindistanda istehsal olunan sursatlardan istifadə etməyə başladığı barədə məlumat yayıb. Onlar sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin hərbçisinin Hindistan istehsalı olan 155 mm-lik mərmi əks etdirdiyi videoya istinad edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti