İndoneziyada qatarlar toqquşdu: 1 ölü, 28 yaralı

   İndoneziyada qatarlar toqquşdu:    1 ölü, 28 yaralı
  05 Yanvar 2024    Oxunub:993
İndoneziyanın Qərbi Yava əyalətində cümə günü səhər saatlarında iki qatar toqquşub. Vaqonların aşması nəticəsində bir nəfər ölüb, ən azı 28 nəfər yaralanıb.
RİA Novosti bu barədə İndoneziyanın “Tribun” portalına istinadən xəbər verir. Qərbi Yava qubernatoru Bəy Mahmudininin sözlərinə görə, ölən və yaralananlarla bağlı məlumatlar hələ də yenilənir.

Qəzaya uğrayan iki qatarda sərnişinlərin ümumi sayı 478 nəfər olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti