Yaponiyada 800-dən çox yeraltı təkan baş verib

    Yaponiyada 800-dən çox yeraltı təkan baş verib
  05 Yanvar 2024    Oxunub:1095
Yanvarın 1-də baş verən silsilə güclü zəlzələlərdən sonra Yaponiyanın qərb sahillərində İşikava prefekturasında 800-dən çox təkan baş verib. Bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.
Cümə günü günorta saatlarında Noto yarımadası ərazisində Yaponiyanın 7 ballıq şkalası ilə 1 baldan yuxarı 819 zəlzələ baş verib.

Bunlardan 274-ü birinci gündə, 305-i yanvarın 2-də, 135-i yanvarın 3-də, 65-i yanvarın 4-də, 40-ı isə yanvarın 5-i günün birinci yarısında baş verib.

Bazar ertəsi günortadan sonra Yaponiyanın İşikava prefekturasında bir sıra güclü zəlzələlər baş verib. Onlara "Noto yarımadasında zəlzələ" adı verilib.

Onlardan ən güclülərinin maqnitudası 7,6 olub. Zəlzələlərdən sonra Yaponiyanın qərb sahillərindəki bəzi ərazilər böyük sunami təhlükəsi ilə üzləşib.

Yeraltı təkanlar evlərin dağılmasına və sürət qatarlarının hərəkətinin dayanmasına səbəb olub, 32 mindən çox evdə elektrik enerjisi kəsilib. Bəzi rayonlarda su təchizatı və rabitə xətlərində fasilələr yaranıb. Yol örtüyünün zədələnməsi qeydə alınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti