Blinken Yaxın Şərqə səfər edəcək

   Blinken Yaxın Şərqə səfər edəcək
  05 Yanvar 2024    Oxunub:1223
ABŞ Dövlət katibi Antoni Blinken Qəzzada regional münaqişə riskinin artdığı bir vaxtda yenidən Yaxın Şərqə yola düşür.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, ABŞ rəsmisi İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə, həmçinin Türkiyə və Yunanıstana səfər edəcək.

Bu, Blinkenin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra bölgəyə dördüncü səfəridir.

Dövlət katibinin səfər çərçivəsində keçirəcəyi görüşlərdə Qəzzaya humanitar yardımın çatdırılması, mülki şəxslərin mühafizəsi, əsirlərin azad edilməsi, husilərin Qırmızı dənizdən keçən İsrail gəmilərinə hücumlarının və ümumiyyətlə, münaqişənin genişmiqyasda yayılmasının qarşısının alınması, habelə münaqişədən sonra Qəzza zolağının vəziyyəti barədə müzakirələr aparacağı nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti