Məhərrəm Əliyev səfir kimi işə başladı

   Məhərrəm Əliyev səfir kimi işə başladı
  05 Yanvar 2024    Oxunub:1371
Yanvarın 5-də Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Şərqi Avropa ölkəsinin XİN başçısı Sergey Aleynikə etimadnaməsinin surətini təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, diplomatlar yüksək və ən yüksək səviyyədə qarşıdan gələn səfərlərin təşkilinə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, iki ölkə arasında əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin razılaşdırılmasına xüsusi diqqət yetirilib.

Eyni zamanda, tərəflər Belarusla Azərbaycan arasında strateji tərəfdaşlığa uyğun olaraq əlaqələrin daha da inkişafına diqqət yetirdiklərini təsdiq ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti