BMT Kiprə şəxsi nümayəndə təyin etdi

BMT Kiprə şəxsi nümayəndə təyin etdi
  06 Yanvar 2024    Oxunub:1165
Kolumbiyanın sabiq xarici işlər naziri Mariya Angela Olgin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edilib.

Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda Türk tərəfinin şəxsi nümayəndənin mandatının adada iki tərəf arasında yeni rəsmi həll danışıqlarının başlanması ilə bağlı ümumi fikirlərin olub-olmadığını araşdırmaqla məhdudlaşması və nümayəndənin mandat müddətinin altı aydan çox olmaması şərtilə sözügedən təyinata razılıq verildiyi bildirilir.

Qeyd edilib ki, mahiyyət etibarilə adada iki tərəf arasında ortaq nöqtənin olmaması BMT Baş katibinin hesabatlarında da öz əksini tapıb.

Nazirlik şəxsi nümayəndəyə yeni vəzifəsində uğurlar arzulayaraq, hazırlayacağı hesabatın tərəflərin münasibətini və adadakı reallıqları obyektiv şəkildə əks etdirməsi, lazımi nəticələr çıxarması və bu nəticələr təməlində gələcəkdə izlənə biləcək realist hərəkət kursunun nə ola biləcəyini qeyd edəcəyinə ümidvar olunduğu bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti