Serbiyada əsgərlik məcburi ola bilər

Serbiyada əsgərlik məcburi ola bilər
  06 Yanvar 2024    Oxunub:1009
Serbiyada məcburi hərbi çağırışın bərpası üçün ilk addım atılıb.

Serbiya Müdafiə Nazirliyinin məlumatına görə, Baş Qərargah 4 ay davam etməsi gözlənilən məcburi hərbi xidmətə çağırışa başlamaqla bağlı Serbiya Prezidenti Aleksandr Vuçiç qarşısında təkliflə çıxış edib.

Məcburi hərbi çağırışın bərpasında məqsəd ölkədə ümumi təhlükəsizlik vəziyyətini və Serbiya ordusunun müdafiə qabiliyyətini artırmaqdır.

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç mövcud təhlükəsizlik vəziyyətinin ölkəni hər zaman qorumağa hazır olan fərdlərə ehtiyac yaratdığını qeyd edib.

“Nazirliyin təklifi ondan ibarətdir ki, məcburi hərbi xidmət 4 aydan çox olmamalıdır”, - deyə nazir bildirib.

Qeyd edək ki, 2011-ci ildə Serbiyada məcburi hərbi xidmət ləğv edilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti