ABŞ-ın təyyarədaşıyan gəmisi Qırmızı dənizdə

ABŞ-ın təyyarədaşıyan gəmisi Qırmızı dənizdə
  06 Yanvar 2024    Oxunub:918
“USS Dwight Eisenhower” gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Qırmızı dənizə daxil olub.

Bu barədə ABŞ Hərbi Dəniz İnstitutu məlumat yayıb. İndi gəmi Yəmən sahillərində yerləşir.

Qrup müxtəlif təyinatlı 90-a qədər təyyarə daşımağa qadir olan təyyarədaşıyan gəminin özündən, həmçinin bir “Ticonderoga” sinfinə aid raket kreyseri və 5 “Arleigh Burke” sinfinə aid esminesdən ibarətdir. Bundan əlavə, gəminin Los Angeles sinifli hücum sualtı qayığı müşayiət edir.

Bundan əvvəl ABŞ-nin təyyarədaşıyan gəmisi Ədən körfəzində idi.


AzVision.az


Teqlər:





Xəbər lenti