Blinkendən Netanyahuya xəbərdarlıq: "Əməliyyatları dayandırın"

   Blinkendən Netanyahuya xəbərdarlıq:    "Əməliyyatları dayandırın"
  08 Yanvar 2024    Oxunub:931
ABŞ Dövlət katibi Antoni Blinken sabah İsrailin Baş naziri Benyamin Netanyahuya ilə görüşəcək.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmisi Baş nazirdən Qəzza zolağında müharibənin “hərbi fazasını” başa çatdırmağı xahiş edəcək.

Qeyd edək ki, Blinken bundan öncə danışıqlar üzrə vasitəçi olan Qətərdə jurnalistlərə münaqişənin vəziyyəti barədə açıqlama verib:

"Hazırda münaqişə geniş miqyas alma riski daşıyır ki, bu da regionda daha ciddi təhlükəsizlik təhdidi yarada bilər", - o deyib.

ABŞ Dövlət katibi həftə sonu Yunanıstan, Türkiyə, İordaniya və Qətərə səfər edib. Bu gün isə BƏƏ və Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşlər keçirəcəyi, regional gərginliyin qarşısını almaq üçün həll yollarını müzakirə edəcəyi nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti