"TOGG" yeni modelini təqdim edəcək

   "TOGG" yeni modelini təqdim edəcək
  08 Yanvar 2024    Oxunub:1142
Türkiyənin TOGG avtomobil şirkəti "CES 2024" elektronika və İT sərgisində nümayişi nəzərdə tutulan yeni sedan modelinin ilk reklam çarxını yayımlayıb.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, reklam çarxı şirkətin "X" hesabında paylaşılıb.

Məlumata görə, yanvarın 9-12-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək "CES 2024" sərgisində təqdim ediləcək yeni modelin "T10S" adı ilə buraxılacağı təxmin edilir.


Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti