Kim Çen Indan yumurta göstərişi

Kim Çen Indan yumurta göstərişi
  08 Yanvar 2024    Oxunub:940
Şimali Koreya lideri Kim Çen In yenidən xarici KİV-in gündəminə çevrilib.
Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) saytında yayılan məlumata görə, o, yeni quşçuluq təsərrüfatına baş çəkən zaman quş əti və yumurta istehsalının artırılmasına dair göstərişlər verib. Şimali Koreya lideri Qvançon toyuq fabrikində olarkən yumurtanın qida təhlükəsizliyindəki rolunu önə çəkib.

“İnsanları daha çox toyuq əti və yumurta ilə təmin etmək üçün istehsal gücünü daim artırmaq lazımdır”, - nəşr KXDR liderinin sözlərindən sitat gətirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yumurta  





Xəbər lenti