İtaliya XİN rəhbəri: Avropa ordusu yaradılmalıdır

 İtaliya XİN rəhbəri: Avropa ordusu yaradılmalıdır
  08 Yanvar 2024    Oxunub:1262
"Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz vahid ordusunu yaratmalıdır".
AzVision.az "Euronews"a istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani bu barədə İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində bildirib.

"Dünyada davamlı sülh bərqərar etmək istəyiriksə, Avropa ordusuna ehtiyacımız var. Bu, effektiv xarici siyasət üçün əsas şərtdir", - nazir deyib.

Nazir həmçinin əlavə edib kl, "ABŞ, Çin, Hindistan, Rusiya kimi güclərin mövcud olduğu və Yaxın Şərqdən Uzaq Şərqə qədər böhranların baş verdiyi bir dünyada Avropa ölkələri bütövlükdə yalnız Avropa İttifaqı tərəfindən müdafiə edilə bilər".

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti