Qallant: "İsrail təslim olmayacaq"

   Qallant:    "İsrail təslim olmayacaq"
  08 Yanvar 2024    Oxunub:980
"Müharibənin yeni mərhələsi daha uzun müddət davam edəcək".
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant bu barədə "Wall Street Journal" nəşrinə bildirib.

"İsrail Qəzzada “intensiv manevr mərhələsindən” “müxtəlif xüsusi əməliyyatlara” keçəcək, lakin HƏMAS-ı məhv etmək məqsədindən əl çəkməyəcək. HƏMAS-ı darmadağın etmək naminə şimal istiqamətində başladılacaq yeni əməliyyatlar uzun çəksə də, təslim olmayacağıq", - Qallant deyib.

O həmçinin "Hizbullah" qruplaşmasını "dağıdıcı müharibə" ilə hədələyib:

"Qəzzada baş verənləri Beyrutda da həyata keçirə bilərik. Qurban verməyə hazırıq".

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti