Şirkətlər İlon Maskın narkotik asılılığından narahatdır

   Şirkətlər İlon Maskın narkotik asılılığından narahatdır
  08 Yanvar 2024    Oxunub:863
Amerikalı milyarder İlon Maskın narkotik istifadə etməsi sahibi olduğu şirkətlərin idarə heyəti üzvlərində narahatlıq doğurur.
AzVision.az "Euronews"a istinadən xəbər verir ki, adlarının çəkilməyini istəməyən şahidlər İlon Maskın xüsusi yığıncaqlarda LSD, kokain, metamfetamin və s. narkotik maddələrdən istifadə etdiyini söyləyirlər.

Amerikalı biznesmenin narkotik aludəçilyi barədə iddialar yeni deyil. "Wall Street Journal" nəşrinin xəbərinə görə, hələ 2017-ci ildə "Tesla"nın sabiq direktoru Linda Conson Rays Maskın davranışından və narkotik istifadəsindən narahatlığını dilə gətirərək namizədliyini yenidən irəli sürməmişdi. Digər şirkət mənsubları da İlon Maskın narkotik asılılığından qurtulmadığını və daha çox ketamin istifadə etdiyini bildirmişdilər.

Maraqlıdır ki, məşhur milyarder avqust ayında adıçəkilən həbi resept əsasında antidepresan kimi qəbul etdiyini açıqlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti