Minneapolisdə Fələstin tərəfdarları aksiya keçiriblər

   Minneapolisdə Fələstin tərəfdarları aksiya keçiriblər
  08 Yanvar 2024    Oxunub:970
Minneapolisdə yüzlərlə Fələstin tərəfdarı İsrailin hücumlarını dəstəklədiyi üçün minnesotalı senator Emi Klobuşarın ofisi qarşısında etiraz aksiyası keçirib.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, etirazçılar ofisin qarşısında Fələstində həlak olan uşaqların fotolarından ibarət plakat və bannerlər nümayiş etdiriblər.

Mitinqin təşkilatçısı olan "Amerika Müsəlmanları Fələstin Uğrunda" hərəkatı bəyan edib ki, aksiyalar xanım Klobuşar, eləcə də hər bir amerikalı siyasətçiyə "əllərinin Qəzzanın qanına bulaşdığını xatırlatmaq" naminə davam edəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti