"Qızıl Qlobus 2024"ün qalibləri: "Ayı" və "Oppenheymer"

   "Qızıl Qlobus 2024"ün qalibləri:   "Ayı" və "Oppenheymer"
  08 Yanvar 2024    Oxunub:1405
ABŞ-nin Beverli-Hillz şəhərində “Qızıl Qlobus” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Ən yaxşı dram filmi Kristofer Nolanın “Oppenheymer” (beş mükafatla rekordçu) , ən yaxşı komediya isə Yorgos Lantimosun “Kasıb bədbəxt” (iki mükafatla) filmləri olub.

Ən yaxşı xarici film isə iki mükafatla "Düşmənin Anatomiyası" seçilib. Serial kateqoriyasında qələbələri “Varislər”, “Ayı”, və “Didişmə” serialları tutub.

Ən yaxşı dram aktyoru Killian Myorfi, ən yaxşı dram aktrisası isə "Çiçəkli Ayın qatilləri" filmində çəkilən Lili Qladstoun seçilib.

Musiqili və ya komediya janrında ən yaxşı aktyor "Tərk edilmişlər" filmində çəkilən Pol Camatti, bu janrda ən yaxşı aktrisa isə "Kasıb bədbəxt" filminə görə Emma Stoun olub. Ən yaxşı rejissor adını “Oppenheimer” filminə görə Kristofer Nolan alıb. Ən yaxşı animasiya filmi "Oğlan və quş" olub.

Bu il hər kateqoriya üzrə adi beş deyil, altı namizəd olub. İki yenisi də əlavə edilib: Kino və kassa nailiyyəti (Barbie) və Televiziyada ən yaxşı stand-up janrı (Rikki Cerveys).

Tədbiri amerikalı stand-up komediyaçısı Co Koy aparıb.









Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti