Papa Fransisk Fələstində atəşkəsə çağırış edib

   Papa Fransisk Fələstində atəşkəsə çağırış edib
  08 Yanvar 2024    Oxunub:841
Qəzzada çox sayda günahsız insanların ölümünə səbəb olan İsrail və HƏMAS münaqişəsini şərh edən Fransisk “Livan da daxil olmaqla hər cəbhədə atəşkəsə” çağırıb.
AzVision.az "The Guardian"a istinadən xəbər verir ki, Papa Fransisk bu barədə Vatikana akkreditə olunmuş səfirlərə müraciətində deyib.

O öz çıxışında HƏMAS-ın İsrailə hücumunu "terrorizm və ekstremizmin vəhşi hərəkəti" kimi pisləyib və Qəzzada əsirlikdə saxlanılanların dərhal azad edilməsinə çağırıb. O əlavə edib ki, "mülki şəxsləri hədəfə almaq hərbi cinayətdir və beynəlxalq insan hüquqlarını pozur".

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti