Blinken BƏƏ prezidenti ilə görüşüb

   Blinken BƏƏ prezidenti ilə görüşüb
  08 Yanvar 2024    Oxunub:1107
ABŞ Dövlət katibi Antoni Blinken Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayid Al Nəhyanla görüşüb.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, ABŞ rəsmisi bu barədə öz "X" hesabında bildirib.

Tərəflər İsrail-HƏMAS müharibəsinin regiona yayılmasının qarşısını almaq və Qəzzaya humanitar yardımların göndərilməsi məsələlərinə toxunublar.

"Müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı davamlı öhdəliyimizi diqqətə çatdırdım", - Blinken görüşün nəticəsi barədə deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti