“Taxt-tac oyunları”nın ulduzunun qolu sınıb - Foto

  “Taxt-tac oyunları”nın ulduzunun qolu sınıb -    Foto
  08 Yanvar 2024    Oxunub:892
Aktyor Pedro Paskal "Qızıl Qlobus 2024" mükafatlandırma mərasiminə qolu sarıqlı qatılıb. Bu barədə " People " məlumat yayıb.
“Taxt-tac oyunları”nın ulduzu mərasimdə qara şalvarda, rəngli köynəkdə və qolunda sarğı ilə görüntülənib. Aktyor bir müddət əvvəl yıxılaraq qolunu sındırdığını bildirib.

48 yaşlı Pedro Paskal HBO kanalında yayımlanan "The Last of Us" serialındakı Coel roluna görə ən yaxşı aktyor nominasiyasında "Qızıl Qlobus"a namizəd olub.

Pedro Paskal çili əsilli amerikalı aktyordur. Paskal “Game of Thrones” fantastik serialının dördüncü mövsümündə Oberyn Martell və "Narcos" kriminal serialındakı Xavyer Penya rolu ilə məşhurlaşıb.

2019-cu ildən "The Mandalorian" teleserialında baş rolu oynayır. 2022-ci ildə Paskal Pedro Almodovarın "Qəribə həyat tərzi" filmində əsas rollardan birini alıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti