Tramp Makronu yamsıladı

   Tramp Makronu yamsıladı
  08 Yanvar 2024    Oxunub:735
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronu təqlid edib.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tramp noyabrda keçiriləcək prezident seçkiləri kampaniyası çərçivəsində Ayova ştatında çıxış edib.

O, ABŞ texnologiya şirkətlərinə vergi tətbiq edəcəyini açıqlayan Makronla öz prezidentliyi dövründəki görüşünü xatırladaraq, onun ləhcəsini təqlid edib.

Tramp vergi qanununu geri götürməsə, Fransadan ABŞ-yə satılan bütün şərab və şampanlara 100 faiz vergi tətbiq edəcəyini söyləyib.

Bu sözlərdən sonra Fransa prezidentinin cavabını ləhcə ilə yamsılayıb:

"Yox, yox, yox, bunu edə bilməzsən, Donald", - keçmiş ABŞ prezidenti söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti