Koronavirus xəstələrinin sayında artım olub

Koronavirus xəstələrinin sayında artım olub
  10 Yanvar 2024    Oxunub:911
Dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-dan dünyada 10 min ölüm olduğu bildirilib.
AzVision.az xəbər verir ki, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.


O bildirib ki, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə koronavirusdan xəstəxanaya yerləşdirilənlərin sayı 42%, reanimasiya şöbələrinə qəbulların sayı isə 62% artıb.

"Bu tendensiyalar 50-dən az ölkənin, əsasən də Avropa və Amerikanın məlumatlarına əsaslanır. Şübhəsiz ki, digər ölkələrdə də bildirilməyən artımlar var", - deyə o qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti