Stokholm Moskva ilə münaqişəyə girəcək?

Stokholm Moskva ilə münaqişəyə girəcək?
  11 Yanvar 2024    Oxunub:771
İsveç parlamentinin deputatı Markus Viçel xarici işlər naziri Tobias Billströmə müraciətində Rusiya ilə bağlı diqqət çəkən iddialar səsləndirib.
İfrat sağçı "İsveç Demokratları" partiyasının üzvü olan Viçel Stokholmun Moskva ilə birbaşa münaqişəyə girə biləcəyini etiraf edib.

Müraciətin mətnində deyilir: “Belə bir ən pis hadisə baş verərsə və İsveçin də qoşulduğu müharibə başlayarsa, şübhəsiz ki, dünya demokratiyalarının birləşməsi həmişəkindən daha vacib olacaq”.

Eyni zamanda Viçel vurğulayıb ki, belə bir ssenari yaranmazdan əvvəl hökumət dünya şərinə qarşı olan qüvvələrin birgə işləməsi üçün hər şeyi etməlidir. Bu, xüsusən də gələcək müharibənin qarşısını almaq üçün lazımdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti