Amerikalı blogger Ukrayna həbsxanasında öldürüldü

   Amerikalı blogger Ukrayna həbsxanasında öldürüldü
  12 Yanvar 2024    Oxunub:1482
Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan ABŞ vətəndaşı Qonzalo Lira Ukrayna həbsxanasında öldürülüb. Bu barədə teleaparıcı Taker Karlson onun atasına istinadən X sosial şəbəkəsində məlumat verib.
Ata oğlunun Zelenski və Bayden hökumətlərini tənqid etdiyinə görə saxlandığı Ukrayna həbsxanasında öldüyünü deyir.

"Qonzalo Lira ABŞ vətəndaşı idi, lakin Bayden administrasiyası onun həbs edilməsini və işgəncələrə məruz qalmasını açıq şəkildə dəstəklədi”, - deyə məlumatda qeyd olunub.

Karlson vurğulayıb ki, bir neçə həftə əvvəl Ukraynada həbs edilmiş bloqqerin atası ilə söhbətində o, Liranın tezliklə öldürüləcəyi ilə bağlı fərziyyə irəli sürüb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti