"İsrail ABŞ-nin "yaşıl işığını" gözləməyəcək"

   "İsrail ABŞ-nin "yaşıl işığını" gözləməyəcək"
  26 İyul 2024    Oxunub:1191
"İsrail "Hizbullah"ı sərhəddən uzaqlaşdırmaq üçün hazırladığı bu, ya digər hərbi fəaliyyət üçün ABŞ-nin "yaşıl işıq" yandırmasını gözləməyəcək".
AzVision.az xəbər verir ki, bu sözləri adı çəkilməyən İsrail hökumət nümayəndəsi Vaşinqtonda mətbuata açıqlamasında söyləyib.
Koen: "Şimalda Livana qarşı yeni cəbhə açılmalıdır"

"Əlbəttə, ABŞ də bilir ki, İsrail özünün şimal sərhədində "Hizbullah" terrorçularının mütəmadi hücumları nəticəsində yaranan vəziyyətə göz yummayacaq. Biz diplomatik həllin tərəfdarıyıq, ancaq görsək ki, bu mümkün deyil, hərbi əməliyyata başlamaqdan çəkinməyəcəyik", - o vurğulayıb.

Yeri gəlmişkən, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində dünən Prezident Co Baydenlə görüşüb. O, Vaşinqtonun müharibə fonunda İsrailə dəstəyinin artırılması zərurətini diqqətə çatdırıb. Baş nazir həmçinin vitse-prezident Kamala Harrislə də görüş keçirib.

Netanyahunun bu gün Donald Trampla da Floridada danışıqlar aparacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Hizbullah   münaqişə  





Xəbər lenti