Makron xalqa təcili müraciət edəcək

   Makron xalqa təcili müraciət edəcək
  05 Mart 2025    Oxunub:666
Fransa prezidenti Emmanuel Makron martın 5-də xalqa müraciət edəcəyini bildirib.

AzVision.az xəbər verir ki, Fransa prezidenti bu barədə sosial şəbəkələrdəki şəxsi bloqunda məlumat yayıb.

Makron bu gün səhər saatlarında öz planlarını açıqlamaq qərarına gəlib. Sonra o, həmin gün axşam Fransa xalqına müraciət edəcəyini yazıb. Danışmaq zərurəti dünyada, o cümlədən Parisdə baş verən son hadisələrlə bağlıdır.

Tramp: “Zelenski danışıqlara hazırdır”
“Əziz həmvətənlərim! Dünyanın ən böyük problemlərlə üzləşdiyi bu böyük qeyri-müəyyənlik məqamında mən bu axşam saat 20:00-da sizə müraciət edəcəyəm”, – Makron bildirib.

Maraqlıdır ki, xalqa təcili müraciət etmək qərarını Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Konqresdəki çıxışından dərhal sonra verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   müraciət  





Xəbər lenti