`Vəziyyətin nəzarətdən çıxması heç kimə fayda gətirməyəcək`

`Vəziyyətin nəzarətdən çıxması heç kimə fayda gətirməyəcək`
  29 Noyabr 2015    Oxunub:2349
Millət vəkili Azay Quliyev Facebook səhifəsində Türkiyə-Rusiya münasibətlərindən yazıb.
AzVision.az xəbər verir ki, deputat vəziyyətin nəzarətdən çıxmasının heç kimə fayda gətirməyəcəyini bildirib:

"Məlum təyyarə olayından sonra Rusiyada Türkiyəyə və türklərə qarşı başlanmış total hücumu və təbliğat kampaniyasını narahatlıqla seyr etməkdəyik. Rusların olayı bu qədər böyütməsini və Türkiyə ilə son 10 ildə əldə edilən yüksək iqtisadi və siyasi dividentlərin üstündən xətt çəkməyə hazır olmasını başa düşmək asan deyil. Hesab edirəm ki, Rusiyanın belə reaksiyası baş vermiş insidentə o qədər də adekvat deyil. Tarixdə bu cür hadisələr az olmur və belə hallarda tərəflərin daha soyuqqanlı olması və müdrik davranması gərəkir.

Ümid edək ki, Rusiya ilə Türkiyə arasında yaranmış gərgin vəziyyət hər iki ölkənin liderlərinin müdrikliyi və praqmatikliyi hesabına tezliklə aradan qalxacaq. Bunu ilk növbədə Rusiya və Türkiyənin ortaq maraqları tələb edir. Vəziyyətin nəzarətdən çıxması isə heç kimə fayda gətirməyəcək. Mövcud qarşıdurma Azərbaycana da sərf etmir və təsadüfi deyil ki, rəsmi səviyyədə vasitəçi və barışçı missiyamızı tərəflərə təklif etmişik. Düşünürəm ki, bütün riskləri nəzərə alaraq, Putinlə Ərdoğan noyabrın 30-da Parisdəki görüş şansını qaçırmamalı, şəxsi hisslərini və emosiyalarını unudaraq bir araya gəlməli və problemin həlli üçün müvafiq addımlar atmalıdırlar".

AzVision.az


Teqlər:





Xəbər lenti