Azərbaycana keçmək istəyən erməni saxlanılıb - RƏSMİ

Azərbaycana keçmək istəyən erməni saxlanılıb - RƏSMİ
  13 Avqust 2016    Oxunub:26469
Azərbaycana keçmək istəyən erməni saxlanılıb.

Bu barədə AzVision.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.

İctimaiyyətə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti