DTX, DSX və Gömrük Komitəsi əməliyyat keçirdi: 5 nəfər tutuldu
Bu barədə AzVision.az-a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, bu il dekabr ayının 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıblar. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az