Şəkidə 5 otaqlı ev yanıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun eyni adlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 169 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 154 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


