Bakıda üçmərtəbəli evdə yanğın olub

Bakıda üçmərtəbəli evdə yanğın olub
  25 Fevral 2017    Oxunub:1274
Bakıda yanğın hadisəsi baş verib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan üçmərtəbəli evin mətbəxində məişət əşyaları yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 18 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti