Qadını şantaj edən şəxs tutuldu

Qadını şantaj edən şəxs tutuldu
  27 Fevral 2017    Oxunub:1324
Bakıda qadını şantaj edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhər sakini Ellada Zərbəliyevanı (ad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Elnur Əbilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər: #Şantaj   #Polis   #Həbs  



Xəbər lenti