Azərbaycanda nazir müavini yıxıldı, qolu sındı - FOTO

Azərbaycanda nazir müavini yıxıldı, qolu sındı - FOTO
  08 Mart 2017    Oxunub:2514
Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ciddi zədə alıb.

AzVision.az-ın Report-a istinadən verdiyi məlumatına görə, nazir müavininin qolu sınıb. Bu səbəbdən İ.Rəhimov həm nazirlik, həm də MPK-nın tədbirlərinə qolu gipsli vəziyyətdə qatılıb.

Belə ki, nazir müavini qarlı hava şəraiti zamanı yolların buz bağlaması səbəbindən yıxılaraq zədələnib.

Qeyd edək ki, Bakıda axırıncı dəfə şaxtalı hava şəraiti fevral ayının ikinci on günlüyündə qeydə alınıb.



AzVision.az


Teqlər:



Xəbər lenti