Türkiyə vətəndaşı Xızıda qəza törədib, ölən var

Türkiyə vətəndaşı Xızıda qəza törədib, ölən var
  30 Mart 2017    Oxunub:1216
Xızıda yük maşını ilə minik avtomobili toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, martın 29-da saat 17.00 radələrində Xızı rayonunun Yaşma kəndində Türkiyə vətəndaşı Uyğun Ahmed Kadırın idarə etdiyi MAN və Şabran şəhər sakini Tərlan Dadaşovun idarə etdiyi VAZ-21063 markalı avtomobillər toqquşub.

Nəticədə T. Dadaşov hadisə yerində ölüb, iki sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: qəza  



Xəbər lenti