Sabunçuda ikimərtəbəli ev yanıb

Sabunçuda ikimərtəbəli ev yanıb
  30 Mart 2017    Oxunub:959
Sabunçuda ikimərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 90 m2 olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Bakı  



Xəbər lenti