Oğurluq etdiklərinə görə tutulan şəxslərin digər cinayətləri üzə çıxıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiklərinə görə tutulmuş A.Məmmədlinin və Ə.İsmayılovun ətraflarında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların 2017-ci il iyulun 10-da rayon ərazisindəki apteklərin birindən 2800 manat oğurlamaları da müəyyən edilib.