Biləsuvar rayonunda “KamAZ” markalı yük avtomobili ilə "Ford" markalı mikroavtobus toqquşub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasediciləri mikroavtobusda olan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.