Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının qoparaq yerə tökülməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirib, sakinlərin təhlükəsizliyini təmin ediblər.