Siyəzəndə gənclərlə görüş keçirilib

Siyəzəndə gənclərlə görüş keçirilib
  01 Fevral 2014    Oxunub:1124
Bu gün Siyəzəndə gənclərlə görüş keçirilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunmuş görüşdə müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışan, həmçinin ictimai fəallığı ilə seçilən 100-dən çox gənc iştirak edib.

Rayon gənclər və idarəsinin rəisi Nadir Məmmədov görüş iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib, 2013-cü il ərzində həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər haqqında məlumat verib. Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova, YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Rəhmanov və başqaları çıxış edərək yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, gənclərin məşğulluğunun təmin edilməsi və onların dövlət quruculuğu işlərinə geniş cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərdən, dövlətin gənclər siyasətindən danışıblar.

Tədbirin sonunda ötən ildə müxtəlif sahələrdə nailiyyətlər qazanan bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.


Teqlər:





Xəbər lenti