Müsavatın qurultayı maya qaldı

Müsavatın qurultayı maya qaldı
  10 Fevral 2014    Oxunub:1095
Mayın sonuna qədər Müsavat Partiyasının qurultayı keçirilə bilər.
AzVision.az xəbər verir ki, bu barədə partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin bu gün keçirilən növbəti yığıncağında qərar qəbul olunub. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, yığıncaqda partiyanın VIII qurultayına hazırlıq məsələləri haqqında məlumat verilib: “Partiyanın Proqramına təklif olunan dəyişikliklər müzakirə edilib. Partiyanın növbəti qurultayının may ayının sonunadək keçirilməsi üçün mümkün bütün addımların atılması qərara alınıb.

Qurultayın keçirilməsi üçün münasib iclas zallarının ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi barədə qərar qəbul edilib. Eləcə də alternativ variantların aydınlaşdırılması əvvəllər yaradılmış texniki qrupa həvalə olunub”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti